BƏLƏDİYYƏ SEÇKİLƏRİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ehtiyatda və İstefada olan Zabitlər Birliyi Lənkəran şəhərində “Zabit və gizirlərin ailə üzvlərinin bələdiyyə seçkilərində iştirakı” mövzusunda seminar keçirmişdir.
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbirdə ehtiyatda olan gizir və zabitlərə, onların ailə üzvlərinə seçki məcəlləsi və bələdiyyələrin qanunvericilik bazası, seçmək, seçilmək hüququ, müşahidəçilərin hüquq və vəzifələri, vətəndaşların seçici siyahısına daxil edilməsi, səsvermə qaydası, yerli idarəetmənin mahiyyəti və seçkiqabağı təbliğat barədə ətraflı məlumat verilmişdir.
Bu cür tədbirlər Bakı, Sumqayıt şəhərlərində, Qazax və Ağstafa rayonlarında da keçirilmişdir.