“Belqrad-2023”: Güləşçimiz Murad Məmmədov bürünc medal uğrunda mübarizə aparacaq
Bakı, 13 sentyabr, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) bürünc medal görüşünə vəsiqə qazanıb. O, təsəlliverici qarşılaşmada Justas Petraviçyusu (Litva) məğlub edib.
Murad Məmmədov bürünc medal uğrunda Fumita Keniçiro (Yaponiya) ilə görüşəcək.
Sabah Şəriəti (130 kq) ilk təsəlliverici görüşdə Alimxan Sidikovdan (Qazaxıstan) üstün olsa da, Yakobi Kajaya (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.
Qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) təsəlliverici görüşdə Xiaojuan Luoya (Çin) uduzub.
Daha əvvəl 5 yunan-Roma güləşçimiz medal qazanıb. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]