BƏMDƏ BAŞ VERMİŞ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ 26 MİN ADAM HƏLAK OLMUŞDUR
İran Statistika İdarəsinin rəhbəri Abbas Əli Saəli ölkə radiosuna verdiyi müsahibədə bildirmişdir ki, 2003-cü il dekabrın 26-da Bəm şəhəirndə 26 min 271 nəfər həlak olmuşdur.
Onun sözlərinə görə, zəlzələnin qurbanları haqqında məlumatlarda olan fərq faciə yerindəki qarma-qarışıqlıqla izah edilir. Nəticədə faciə qurbanlarının bəzilərinin cəsədləri iki dəfə sayılmışdır.
Bundan əvvəl Bəm şəhərində zəlzələ nəticəsində 41 min nəfərin həlak olduğu bildirilirdi.