Benefisiarlar “Ailə bağları”nda iştirak ediblər
Bakı, 12 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Qaradağ Sosial Xidmət Mərkəzində xidmət alan əlilliyi olan uşaqların və onların valideynlərinin iştirakı ilə “Ailə bağları” adlı art-terapiyayönümlü master-klas təşkil olunub.
Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.
Bildirilib ki, iştirakçılar “Ailə ağacı” hazırlayaraq öz ailələrini xarakterizə edən dəyərləri, hissləri və xatirələri simvolik şəkildə ifadə ediblər. Eləcə də ailə dəyərləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir ailədaxili emosional bağların möhkəmləndirilməsi, valideynlərin ailə dəyərləri üzərində düşünmələrinə şərait yaradılması, eləcə də ailənin psixoloji resurslarının və potensialının üzə çıxarılmasına dəstək məqsədi daşıyıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [18:44]
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
- 12.06.2026 [18:14]
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
- 12.06.2026 [18:11]
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:36]
Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir
- 12.06.2026 [17:28]