“Bentley” Formula-1 yarışına qoşula bilər
Bakı, 6 fevral, AZƏRTAC
“Bentley” avtomobil markası Formula-1 yarışında iştirak etmək imkanlarını nəzərdən keçirir.
AZƏRTAC “f-1.az” saytına istinadla xəbər verir ki, bir müddət əvvəl “Bentley Motors” və “Bugatti”nin prezidenti və baş direktoru Volfqanq Dürhaymer Formula-1 yarışında çıxış etmək planlarını açıqlamışdı. V.Dürhaymer hətta Formula-1-in keçmiş rəhbərliyini qeyri-sabit reqlamentə görə tənqid etmişdi.
Lakin Formula-1 yarışına “Liberty Media”nın gəlişi çempionatda bir çox məsələləri müsbət istiqamətdə dəyişə bilər. Buna görə də start düzülüşünə bir çox yeni avtomobil istehsalçılarının cəlb olunması gözlənilir.
Bu günlərdə jurnalistlər V.Dürhaymerdən Formula-1 yarışında “Bentley”in iştirakı ilə bağlı suallarına qısa cavab alıblar: “Biz belə bir variantı müzakirə edirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]