Bərdə-Ağdam dəmir yolunun inşası yekunlaşır
Bakı, 13 dekabr, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə bərpa prosesi iddialı və tarixi layihədir. Burada hər şey yenidən qurulur. Ağdam şəhərində Bərdə-Ağdam yolu yekunlaşmaq üzrədir. Ağdam-Füzuli, Ağdam-Ağcabədi yolunun növbəti il yekunlaşması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Bərdə-Ağdam dəmir yolunun inşasının yekunlaşması gözlənilir və ərazidə “AzərEnerji” ASC tərəfindən iki yarımstansiya istifadəyə verilib.
“Böyük Qayıdış Proqramına uyğun olaraq 2026-cı ilin sonunadək 5 yaşayış məhəlləsi inşa olunacaq, 12 kənd salınaraq əhaliyə təhvil veriləcək.
Həmçinin tarixi-mədəni abidələrimiz bərpa olunur. Burada mərkəzi meşə parkları layihələndirilir və yaxın günlərdə inşasına başlanılacaq. Bütün şəhərlərdə dövlətimizin başçısının tapşırığına uyğun olaraq açıq səma altında Zəfər muzeyləri inşa olunacaq. Ağdam sənaye şəhəri kimi tanınıb. Şəhərdə zavod və fabriklərin inşasına başlanılıb və növbəti il bir neçəsinin açılışı gözlənilir. İş yerləri yaradılacaq və məskunlaşacaq əhalinin işlə təmin olunması həyata keçiriləcək”, - deyə Bəşir Hacıyev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]