BƏRDƏ PAMBIQÇILARI ƏVVƏLKİ ŞÖHRƏTİ QAYTARIRLAR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən il rayon üzrə 8181ton məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ildəkindən 11,5 faiz çoxdur. Kəndli fermer təsərrüfatları, torpaq payçıları ötən il pambıq əkini sahələrini 600 hektar genişləndirmişlər. Pambıqçılar bu il 8 min hektar sahəyə çiyid səpməyi planlaşdırmışlar ki, bu da əvvəlki ildəkindən 2400 hektar çoxdur. Sahələr keyfiyyətlə şumlanmış və arata qoyulmuşdur. “Qarabağ” açıq səhmdar pambıq cəmiyyəti 1500-dən çox kəndli fermer təsərrüfatı və torpaq payçıları ilə müqavilə bağlamışdır. Məhsuldar və keyfiyyətli çiyid toxumu tədarük olunmuşdur. Rayonda pambıqçılığın əvvəlki şöhrətini qaytarmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:16]
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
- 30.09.2026 [11:46]
Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb
- 30.09.2026 [11:30]