REGİONLAR
Bərdədə “Böyük Zəfərlərə aparan yolun 20 ili” şüarı ilə ağacəkmə aksiyası keçirilib
Bərdə, 13 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı “Böyük Zəfərlərə aparan yolun 20 ili” şüarı altında Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ilinə həsr edilmiş ağacəkmə aksiyası keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxışında bildirib ki, bu gün Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Əldə olunan qələbələr, uğurlar ötən 20 ildə Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində əldə olunub. Bu qələbələr Ulu Öndər Heydər Əliyevin parlaq ideyalarının, xalqın dəmir yumruq kimi bu ideyalar və onu layiqincə həyata keçirən Prezident İlham Əliyevin ətrafında sıx birliyinin nəticəsidir.
Aksiya zamanı şəhid Pərvin Əlizadə küçəsində yerləşən “Ana” abidəsinin ətrafında 100 ədəd şam ağacı əkilib.