Bərdədə keçirilən aksiyada 300 ədəd şam ağacı əkilib
Bərdə, 14 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı Heydər Əliyev adına Parkın kənarında və rayonun girişində 300 ədəd şam ağacı tingi əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.