Bərdədən sonra Tərtərə gedirik, atırlarsa atsınlar – Hikmət Hacıyev VİDEO
Bərdə, 29 oktyabr, T.Ağaməmmədov, foto T.Babayev, AZƏRTAC
Bərdədən sonra Tərtərə gedirik, atırlarsa atsınlar.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan düşmənə döyüş meydanında cavab verir: “Ermənistanla Azərbaycan arasındakı fərq də bundan ibarətdir. Torpaqlarımız işğaldan azad ediləcək. Düşmən döyüş meydanından şərəfsizcəsinə qaçır. Əgər kişidirlərsə, döyüş meydanında üzə çıxsınlar”.