Bəşər Əsəd tərəfdarlarının Dəməşqdə hücumu dəf edilib
Bakı, 10 mart, AZƏRTAC
Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri paytaxtın Məzzə rayonunda ölkənin sabiq prezidenti Bəşər Əsəd tərəfdarlarının nəzarət-buraxılış məntəqəsinə hücumunu dəf ediblər.
AZƏRTAC xəbər verir ki, Əl-Cəzirə telekanalı bu barədə Suriyanın yeni hakimiyyət orqanlarının təhlükəsizlik xidmətindəki mənbəyinə istinadla məlumat yayıb.
Martın 6-da Lazkiyə, Tartus və Homs əyalətlərində təhlükəsizlik qüvvələri ilə sabiq prezidentin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər Əsəd ailəsinin mənsub olduğu dini azlıq - ələvilərin yaşadığı Cəblə şəhərində baş verib.
Son məlumatlara görə, vəziyyət gərginləşəndən bəri Suriyanın qərbində 250 üsyançı öldürülüb, təhlükəsizlik qüvvələri isə 231 döyüşçünü itirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]