Bəxtiyar Aslanbəyli: Süni intellekt və məlumat mərkəzləri enerji tələbatını sürətlə artırır
Bakı, 6 iyul, AZƏRTAC
Süni intellekt texnologiyalarının və məlumat emalı mərkəzlərinin sürətli inkişafı dünyada enerji istehlakını əhəmiyyətli dərəcədə artırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimi çərçivəsində keçirilən “İstehsalçıların baxışı - ixracatçı ölkələrdə bazar dəyişkənliyinin idarə olunması” mövzusunda panel müzakirəsindəki çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yüksək hesablama gücünə malik kompüterlər və məlumat mərkəzləri böyük həcmdə elektrik enerjisi və soyutma sistemləri tələb edir.
“Süni intellekt, məlumat mərkəzləri və rəqəmsal texnologiyaların geniş tətbiqi fonunda enerji tələbatı sürətlə artır və bu tələbatın necə qarşılanacağı əsas məsələlərdən birinə çevrilir”, - deyə Bəxtiyar Aslanbəyli qeyd edib.
Fotoqraf - Səfiyar Məcnun
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [15:34]
Nazir müavini: Yaşıl investisiyalar bəhrəsini verir
- 06.07.2026 [15:15]
Altı ayda dövlət büdcəsindən 154,7 milyon manat geri qaytarılıb
- 06.07.2026 [13:02]
Nazir müavini: Elektrikləşdirmə enerji keçidinin əsas şərtidir VİDEO
- 06.07.2026 [12:57]