Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəxtiyar Quliyev: Bu il Azərbaycanda stronqmen idmanı üzrə beynəlxalq festival təşkil olunacaq

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Stronqmen Federasiyasının (ASF) prezidenti Bəxtiyar Quliyev idmanın bu növünün ölkəmizdə inkişaf perspektivləri barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Bəxtiyar müəllim, ötən ili Azərbaycan Stronqmen Federasiyası üçün necə qiymətləndirirsiniz?

- Ötən il federasiyamız üçün çox uğurlu olub. Qarşıya qoyulan bütün məqsədlərə nail olduq. İlin əvvəlində ölkə çempionatının ilk mərhələsi keçirilib. Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunan yarışa gözlədiyimizdən də artıq iştirakçı qatıldı. Belə ki, 40-dək idmançı birincilik uğrunda mübarizə apardı. Mayda Bakı Su İdmanı Sarayının ərazisində digər yarışımız - “Caspian Power Show” təşkil olundu. Bu il həmin yarış festival formatında təşkil ediləcək. İstəyirik ki, festivalda bir neçə idman növü, xüsusən stronqmenə yaxın olan güc idman növləri təmsil olunsun. Əgər digər idman növlərindən də təklif gələrsə, biz onu dəyərləndirməyə hazırıq. Festival stronqmenin kütləviliyinin təmin olunmasına xidmət edəcək və gələcəkdə sıralarımızın genişlənməsinə yeni imkanlar açacaq. Tədbir çərçivəsində stronqmen üzrə Avropa çempionatı da olacaq. Festival idman yarışları ilə yanaşı, sahibkarlar üçün yeni əməkdaşlıqların qurulmasında böyük rol oynayacaq. Beynəlxalq təcrübədə belə yarışlar var. Tədbir zamanı idman geyimi, avadanlığı və qidaları şirkətləri öz stendləri ilə təmsil olunacaqlar. Bu “expo yarışlar” adlanır və mən həmin festivallarda iştirak etmişəm.

Artıq festivalın hazırlığına start verilib. Yaxın günlərdə festivalın rəqəmsal videoçarxı hazırlanaraq ictimaiyyətə təqdim olunacaq. İndidən deyim ki, bu mükəmməl bir yarış olacaq. Azərbaycan Ciu-cutsu Federasiyası ilə danışıqlarımız müsbət yekunlaşıb və idmanın bu növü festivalda yer alacaq. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunacaq beynəlxalq festivalın ənənəvi xarakter alması idmançılarımızın peşəkarlıq səviyyəsinin artmasına xidmət göstərəcək.

Bundan başqa, idmançılarımız müxtəlif tədbirlərdə iştirak ediblər. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş festivalda millimizin üzvləri nümunəvi çıxışları ilə iştirakçılara xoş anlar yaşadıblar. Həmçinin oktyabrda ölkə çempionatının növbəti mərhələsi yüksək səviyyədə təşkil olunub.

- ASF-in beynəlxalq qurumlarla əməkdaşlığı barədə nə deyə bilərsiniz?

- Hazırda dünyada stronqmen üzrə 4 beynəlxalq qurum fəaliyyət göstərir. Bunlardan ikisi kommersiya xarakterlidir. Biz əsasən, Dünya Stonqmen Federasiyası ilə əməkdaşlıq edirik. Həmçinin qədim idman növlərinin inkişafını nəzərdə tutan “Ethnosport” təşkilatı ilə də sıx münasibətimiz var. Təşkilatın prezidentinin Bakıya səfəri zamanı fikir mübadiləsi apardıq. Bir müddət əvvəl “Ethnosport”un rəhbərliyi Asiya Oyunlarının təşkilatçı qurumu olan “Accord Sport” ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Həmçinin Türkiyədə də bu tipli yeni idman qurumu yaradılıb. Artıq onlar Türkiyədə yarış da təşkil ediblər. Onlarla da əməkdaşlığa başlamağa hazırlaşırıq.

Cari ildə Bakıda təşkil olunacaq festivala Dünya Stronqmen Federasiyasının reytinq cədvəlində ilk pillələrdə qərarlaşan idmançılar dəvət ediləcəklər. Bu da yarışın gərgin idman mübarizəsi şəraitində keçəcəyindən xəbər verir. Həmçinin bu ilin yayında “Ethnosport”un təşkilatçılığı ilə Azərbaycanın bölgələrinin birində yarışın təşkili nəzərdə tutulub. Belə ki, bu yarışda pəhləvanlarımızın iştirakı planlaşdırılır. Pəhləvanlarımız ölkədaxili bütün yarışlara dəvət olunurlar. Hazırda ölkəmizdəki pəhləvanlar Mədəniyyət Nazirliyində qeydiyyatdan keçiblər. Artıq ASF fəaliyyət göstərdiyi üçün mən onları federasiyamıza üzv olmağa çağırıram.

- İdmanın bu növünün Olimpiya Oyunlarının proqramına salınma ehtimalı varmı?

- Düşünürəm ki, yaxın gələcəkdə stronqmen Olimpiya Oyunlarının proqramına daxil edilə bilər. Bunun üçün müxtəlif çəkilər və hərəkətlər təsdiqlənib qəbul olunmalıdır. Bizim bu haqda Nizamnaməmiz var. Bu istiqamət üzrə fəaliyyətimizi davam etdiririk. Yaxın vaxtlarda atletlərimizə idman ustalığına namizəd, idman ustası və beynəlxalq dərəcəli idman ustası adlarını təqdim edəcəyik.

- Stronqmen idman növünün bölgələrdə inkişafı istiqamətində hansı addımlar atılır?

- Quba, Gəncə, Tovuz, Qazax və Mingəçevirdə bölmələrimiz fəaliyyət göstərir. İdmanın bu növü ilə maraqlananlar bölmələrə müraciət edirlər. Hazırda cənub bölgəsində bölmələrin yaradılması haqqında razılıq əldə olunub. Federasiyamız 2017-ci ilin ortalarından yaradılsa da, əsas fəaliyyətə ötən ildən başlamışıq. İdmanın bu növü üzrə kütləviliyə nail olmaq üçün yollar axtarırıq. Fikirləşirik ki, klublararası yarışlar təşkil edək. Hər həftə bir mərhələsi keçiriləcək yarışa marağın böyük olacağına ümid edirəm.

İdmançıların çoxluğu sağlam rəqabətdən xəbər verir. Əgər perspektivli idmançılarımız çox olsa, biz də onların arasında beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edə biləcək daha güclüləri seçə bilərik. Bakıda mütəmadi olaraq idmançılar üçün seminarlar təşkil edilir. Tanınmış idmançıların iştirakı ilə bölgələrdə də seminarlar keçirməyi planlaşdırırıq.

- Peşəkar stronqmen idmançısı olmaq üçün hansı keyfiyyətlər üstün götürülür?

- Əsasən güc, dözümlülük və elastiklik. Bəzən elə hərəkətlər olur ki, onu hündürboylu idmançılar daha asan yerinə yetirirlər. Əvvəlcə əzələlərin elastikliyini inkişaf etdirmək üçün dartma fəndləri yerinə yetirilməlidir. Ümumiyyətlə, peşəkar idmançı olmaq üçün illər lazımdır. Təcrübə də mütləqdir. Bununla yanaşı, idmançı yarışa psixoloji cəhətdən də hazır olmalıdır. Bütün bunların əsasında peşəkar məşqçi amili dayanır.

Hazırda dünyada ən məşhur stronqmenlər Zadrunas Saviçkas və Mariuz Podzianovskidir. Dünya rekordu isə ingiltərəli Edi Holla məxsusdur. Hazırda İngiltərədə idmanın bu növü sürətlə inkişaf edir. Əvvəllər stronqmen ABŞ-da daha çox yayılmışdı. Həmçinin Skandinaviya ölkələri, Polşa, Çexiya, Bolqarıstanda da idmanın bu növü çox populyardır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir