Beyin formasındakı dəyişikliklər demensiyanın erkən xəbərdarlıq əlaməti ola bilər - ARAŞDIRMA
Bakı, 2 oktyabr, AZƏRTAC
Kaliforniya Universitetində aparılan yeni araşdırma göstərib ki, qocalma ilə beyin tədricən formasını dəyişir və bu dəyişikliklər yaddaş və düşünmə qabiliyyətinin zəifləməsi ilə sıx bağlıdır.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, alimlər 30-97 yaş arası 2600-dən çox insanın beyin skaner təsvirlərini təhlil ediblər. Məlum olub ki, beynin aşağı və ön hissələri genişlənir, yuxarı və arxa hissələri isə büzülür. Bu dəyişikliklər idrak pozğunluğu olan şəxslərdə daha aydın görünür.
Tədqiqatçılar, xüsusilə entorinal korteksin – yaddaş üçün mühüm olan beyin bölgəsinin – bu prosesdən təsirləndiyini vurğulayırlar. Bu nahiyə Alzheimer xəstəliyi ilə bağlı zəhərli tau zülalının toplandığı ilk yerlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, beyin forması üzərində aparılan bu cür analizlər gələcəkdə demensiyanı simptomlar başlamadan illər əvvəl aşkar etməyə kömək edə bilər.
Araşdırma “Nature Communications” jurnalında dərc olunub və beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha önə çıxarıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]