BEYLƏQANDA “AZƏRBAYCAN ƏSGƏRİ” ABİDƏ KOMPLEKSİ AÇILMIŞDIR
Mərasimdə çıxış edənlər abidənin vətənpərvərlik və qəhrəmanlıq rəmzinə çevriləcəyinə inandıqlarını söyləmişlər. Xalqımızın ümümmilli lideri Heydər Əliyevin orduya, ordu quruculuğuna, əsgərlərə böyük diqqəti xatırladılmış, bu xəttin ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi xüsusi vurğulanmışdır.
Tədbirdə qeyd edilmişdir ki, erməni işğalçılarına qarşı müharibədə beyləqanlılar 169 şəhid vermiş, 23 nəfər itkin düşmüş və 128 nəfər əlil olmuşdur. Bir neçə döyüşçü “Azərbaycan bayrağı” ordeni və medallarla təltif olunmuş, 3 nəfər isə Milli Qəhrəman adına layiq görülmüşdür.