BEYLƏQANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİ AÇILMIŞDIR
Mərasimi açan rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin şərəfli ömür yolundan, zəngin idarəçilik təcrübəsindən, xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışdı, onun əziz xatirəsinin xalqımızın ürəyində əbədi yaşayacağını vurğuladı. O, ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında, ölkəmizin dünya birliyinə inteqrasiyasında görkəmli siyasətçi Heydər Əliyevin əvəzsiz rolunu xatırlatmış, bu siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.
Milli Məclisin deputatı Səfər Məmmədov görkəmli dövlət xadiminin mənalı ömür yolundan, zəngin siyasi irsindən, iqtisadiyyatımızın, elmi və təhsilimizin inkişafında müstəsna xidmətlərindən söhbət açdı.
Ulu öndərin qranitdən ucaldılmış əzəmətli abidəsinin üzərindən ağ örtük götürüldü, mərasim iştirakçıları abidənin önünə əklillər, tər gül-çiçək dəstələri qoydular. Rayon məktəbliləri ümummilli liderimizə həsr olunmuş şeirlər söylədilər.