Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə mediatur və seminar təşkil olunub

Qobustan, 18 aprel, Mikayıl Məmmədov, AZƏRTAC

Hər il aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyi Qobustan Dövlət Tarix-Bədii Qoruğunda tarixi abidələrlə tanışlıq və ictimaiyyətin diqqətini onların qorunub saxlanmasının vacibliyinə cəlb etmək məqsədilə mediatur təşkil edib. Tədbirdə mühafizə olunan abidələrin qorunması, tədqiqi və təşviqi istiqamətində aparılan işlər barədə media nümayəndələrinə ətraflı məlumat verilib.

Mediatur zamanı Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov jurnalistlərə müsahibəsində mədəni irsin qorunması və bərpasının əhəmiyyətindən danışıb:

"Hər il olduğu kimi, bu il də Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə müxtəlif tədbirlər keçirilir. Qeyd etmək istərdim ki, ötən il də COP29 layihəsi çərçivəsində aprelin 18-də 29 abidədə tədbirlər təşkil olunub. Bu il tarix-mədəniyyət qoruqlarında da müxtəlif tədbirlər keçirilir", - deyə şöbə müdiri qeyd edib.

Səbuhi Bəşirov işğaldan azad edilmiş ərazilərdə mədəni irsə dəymiş ziyanla bağlı statistik məlumat da verib: “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinə dəymiş ziyanla bağlı genişmiqyaslı monitorinq keçirib.

Ümumilikdə, 434 abidə zərər görüb. Bunlardan 68-i tamamilə, 114-ü isə qismən məhv edilib. Ermənistanın işğalı zamanı Azərbaycanın mədəni irsinə dəymiş maddi ziyan 700 milyon manatdan çoxdur. Bu məlumat beynəlxalq təşkilatlara da göndərilib. Hazırda bununla bağlı iş aparılır”, - deyə Səbuhi Bəşirov bildirib.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev jurnalistlərə açıqlamasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün ölkəmizin mədəni irsinin qorunması baxımından əhəmiyyətindən danışıb: “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü bütün dünyada geniş qeyd olunur, bununla əlaqədar Azərbaycan mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, ölkənin mədəniyyət müəssisələrində və qoruqlarında “açıq qapı” günü elan edilib.

Bu gün Qobustan qoruğu da həmin təşəbbüs çərçivəsində öz fəaliyyətini qurub. Bu gün mindən çox insan qoruğumuzu ziyarət edib. Xüsusilə sevindirici haldır ki, ziyarətçilərin əksəriyyətini məktəblilər, təhsil müəssisələri tərəfindən mütəşəkkil şəkildə gətirilən uşaqlar təşkil edir.

Xüsusilə qeyd etmək lazımdır ki, Qobustan qoruğunun dəvəti ilə tədbirdə Ələt kəndində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəblərin şagirdləri iştirak ediblər. Onlar üçün qoruğa ekskursiya təşkil olunub.

Həm Qobustanın özü, həm də bütün tarixi abidələr üçün bu əlamətdar günün əhəmiyyəti çox böyükdür. Məqsədimiz abidələrin qorunmasının vacibliyini geniş auditoriyaya çatdırmaq, onların populyarlaşdırılması və maarifləndirilməsi istiqamətində iş aparmaqdır. Çalışırıq ki, Azərbaycan vətəndaşları öz güclərini birləşdirərək mədəniyyətimizin, tariximizin, irsimizin qorunub saxlanmasına öz töhfəsini versin”, - deyə Vüqar İsayev bildirib.

Həmçinin Qobustan Dövlət Tarix-Bədii Qoruğunda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkil etdikləri “Azərbaycanın arxeoloji irsinin qorunması” mövzusunda elmi-praktik seminar keçirilib.

Qeyd edək ki, bu əlamətdar gün 1983-cü ildə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) təşəbbüsü, UNESCO-nun dəstəyi ilə təsis edilib. Məqsəd insanların diqqətini abidələrin və tarixi ərazilərin mühafizəsinə cəlb etməkdir.

Bu əlamətdar gün ölkəmizdə də geniş qeyd olunur: qoruqlarda və tarixi məkanlarda abidələrin və tarixi yerlərin mühafizəsinin təbliğinə yönəlmiş müxtəlif tədbirlər, sərgilər təşkil olunur.

Ənənəyə sadiq qalaraq, bu il də tarixi məkanlarda Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bundan əlavə, Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumlarda, tarix-mədəniyyət qoruqlarında və muzeylərdə “açıq qapı” günü təşkil olunub və aprelin 18-də onlara giriş ziyarətçilər üçün ödənişsizdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq