Beynəlxalq alqı-satqı müqavilələrində diqqət edilməli olan nüanslar – təlim
Bakı, 4 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələr üçün “Beynəlxalq alqı-satqı müqavilələrində diqqət edilməli olan nüanslar” adlı təlim keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Təlimçi kimi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru İlqar Babayev çıxış edib. İki hissədən ibarət olan təlimin nəzəriyyə hissəsində İlqar Babayev beynəlxalq alqı-satqı müqavilələrinin anlayışı, bağlanma qaydası, icrası zamanı yaranan çətinliklər və onların həlli yolları barədə ətraflı məlumat verib.
Təlimin praktiki hissəsində isə mövzu ilə bağlı müqavilə nümunəsi nəzərdən keçirilib və tələbələrlə müzakirə aparılıb.
Sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.