Beynəlxalq Astronavtika Konqresində İRİA-nın stendi maraqla qarşılanıb
Bakı, 3 oktyabr, AZƏRTAC
İlk gününü geridə qoyan Beynəlxalq Astronavtika Konqresində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) stendi maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, stenddə ziyarətçilərə agentliyin rəqəmsallaşma və innovasiya sahəsində gördüyü qabaqcıl işlər, həyata keçirdiyi proqram və layihələrlə bağlı ətraflı məlumat verilib və müxtəlif əməkdaşlıq imkanları barədə danışılıb.
Həmçinin agentliyin stendində öz layihələrini nümayiş etdirən yerli startaplar da, qonaqlarla mümkün əməkdaşlıq imkanları haqqında müzakirələr aparır.
Qeyd edək ki, Konqres çərçivəsində agentliyin stendi oktyabrın 6-dək ziyarətçilərini gözləyir.