BEYNƏLXALQ İCTİMAİYYƏT ERMƏNİ MİLLƏTÇİLƏRİNİN VƏHŞİLİKLƏRİNDƏN XƏBƏRDAR OLMALIDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iştirakçılar - dövlət və hökumət nümayəndələri, deputatlar, ictimai təşkilatların və siyasi partiyaların təmsilçiləri, tarixçi alimlər yüzillər boyu erməni millətçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilən günahsız insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
“Dəyirmi masa”da çıxış edənlər Qafqaza köçürüldükləri vaxtdan özgə torpaqlarına göz dikən ermənilərin xəstə təfəkkürün uydurması olan “Böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün yeritdikləri məkrli siyasətdən, Azərbaycan torpaqları hesabına yaradılan Ermənistan dövlətinin hələ də ölkəmizə qarşı ərazi iddialarından əl çəkməməsindən, bu bölgədə yaşayan azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmədən erməni millətçilərinin bu əməllərini bəşəri cinayət kimi qiymətləndirmişlər.
Beynəlxalq aləmdəki ikili standartlara kəskin etirazlarını bildirən natiqlər vurğulamışlar ki, erməni millətçilərinin vəhşilikləri, habelə Ermənistanın təcavüzkarlığı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki işlər sistemli və müntəzəm xarakter daşımalıdır.
“Dəyirmi masa” iştirakçıları adından dünya ictimaiyyətinə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]