Beynəlxalq konfransın iştirakçıları Naftalan ərazisində aparılan arxeoloji qazıntılarla tanış olublar
Naftalan, 7 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Oktyabrın 7-də “Naftalan-Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin İnkişaf Strategiyası” mövzusunda keçiriləcək Beynəlxalq elmi-praktik konfransın birinci günündə tədbir iştirakçıları proqram çərçivəsində Naftalan ərazisində aparılan arxeoloji qazıntılarla tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində eneolit, tunc və orta əsrlər dövrünə aid unikal çoxtəbəqəli yaşayış yerində aparılan arxeoloji qazıntı işləri ilə tanış olub, qazıntılar zamanı aşkar edilmiş eksponatlar nümayiş etdirilib.
Daha sonra qonaqların "Qaşaltı nar bağları" və Suqovuşana səfəri planlaşdırılır.