Beynəlxalq konfransın iştirakçıları Naftalanda ağacəkmə aksiyasında iştirak ediblər
Naftalan, 7 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Naftalanda oktyabr 7-8-də “Naftalan-Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin İnkişaf Strategiyası” mövzusunda keçiriləcək Beynəlxalq elmi-praktik konfransın birinci günündə tədbir iştirakçıları ağacəkmə aksiyasında iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Heydər Əliyev parkında baş tutan aksiyada Azərbaycan, Latviya, Litva, Polşa, Macarıstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Almaniya və Rusiyanın turizm, səhiyyə, kurort və hotelçilik sahələrinin mütəxəssisləri və dövlət hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər.
Daha sonra qonaqların Naftalan nefti ilə tanışlığı, şəhərin tarixi, görməli yerlərinə və Suqovuşana səfəri planlaşdırılır.