Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi sığınacaqlara dezinfeksiyaedici vasitələr ianə edib
Bakı, 27 iyul, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi sığınacaqların şəxsi qoruyucu və gigiyena, məişət təmizlik vasitələrinə olan əsas ehtiyaclarını qarşılamaqla onları dəstəkləməkdə davam edir.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda koronavirusun yayılması və hərəkət məhdudiyyəti insan alveri qurbanları üçün nəzərdə tutulan qeyri-hökumət təşkilatlarının nəzdindəki sığınacaqların şəxsi qoruyucu və məişət təmizlik vasitələri təchizatında çətinliklər yaradıb.
BMqT-nin Azərbaycan nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə insan alveri və məişət zorakılığına məruz qalan şəxslər üçün nəzərdə tutulan sığınacaqlara sabun, yuyucu və dezinfeksiyaedici vasitələr, əlcək, maskalar və digər təmizlik vasitələrinin daxil olduğu şəxsi və məişət gigiyena məhsullarını ianə edib.
BMqT hazırda insan alveri qurbanlarına və vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarında yerləşdirilmiş insan alveri və məişət zorakılığına məruz qalan şəxslərə birbaşa yardım göstərməyə davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]