SİYASƏT
Beynəlxalq Qızıl Xaç Komitəsinə aid daha üç avtomobil Laçın istiqamətinə maneəsiz keçib FOTO



Şuşa, 25 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Şuşadan keçən Xankəndi-Laçın yolunda təşkil edilən aksiya on dörd gündür davam edir.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus üç avtomobil aksiyanın təşkil olunduğu ərazidən Laçın istiqamətinə sərbəst keçib.
Xatırladaq ki, azərbaycanlı fəallar sözügedən ərazidə dekabrın 12-dən Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı aksiya keçirirlər.