SİYASƏT
Beynəlxalq Qızıl Xaç Komitəsinin üç avtomobili maneəsiz Xankəndi istiqamətinə geri qayıdıb








Şuşa, Ceyhun Alışlı, 25 dekabr, AZƏRTAC
Şuşadan keçən Laçın-Xankəndi yolunda təşkil edilən aksiya on dörd gündür davam edir.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus üç avtomobil aksiyanın təşkil olunduğu ərazidən Xankəndi istiqamətinə sərbəst keçib.
Xatırladaq ki, səhər saatlarında BQXK-yə məxsus avtomobillərin Laçın istiqamətinə keçidi təmin edilmişdi.