BEYNƏLXALQ TƏŞKİLATLAR GÜRCÜSTANDA MÜNAQİŞƏLƏRİN TƏNZİMLƏNMƏSİNƏ DİQQƏTİ ARTIRIRLAR
ABŞ M.Saakaşvilinin təşəbbüsünü dəstəkləyərək, münaqişələrin tənzimlənməsinə fəal qoşulmaq niyyətində olduğunu bəyan etmişdir. Buna o da sübutdur ki, ABŞ-ın dövlət büdcəsində Gürcüstanda münaqişələrin tənzimlənməsinə və münaqişə tərəfləri arasında etimadın bərpasına 67 milyon dollar vəsait ayırmaq nəzərdə tutulur.
Həmin təşəbbüsü münaqişənin tənzimlənməsində marağı olan ölkələr və beynəlxalq təşkilatlar da bəyənmişlər. Gürcüstanın Baş naziri Zurab Noğaidelinin bu günlərdə Tbilisidə ABŞ və ATƏT-in nümayəndə heyətləri ilə görüşündə münaqişə bölgəsində yerləşdirilmiş Rusiya sülhməramlılarının və ATƏT-in vəzifələri müzakirə olunmuşdur. Z.Noğaideli görüşdən sonra mətbuat konfransında demişdir: “Biz indiki mərhələdə danışıqların formatının dəyişdirilməsi, bu prosesdə ABŞ və ATƏT-in daha fəal, tam dəyərli iştirakı, bölgənin silahlardan təmizlənməsi kimi əsas məsələləri müzakirə etmişik. Bundan məqsəd həm də münaqişə bölgələrində yaşayan 35 min həmvətənimiz - gürcü və osetin üçün normal həyat şəraiti yaratmaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]