Bəzi Avropa aviaşirkətləri Yerevana uçuşları dayandırmışdır
Bakı, 7 mart (AZƏRTAC). Avropanın üç aviaşirkəti 2012-ci ildə Yerevana uçuşları dayandırmışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan turizm agentlikləri birliyi sədrinin müavini Eqişe Tanaşyan “Armenian Report”a açıqlamasında bildirmişdir.
Uçuşların həyata keçirilməsindən “Britaniya Hava Yolları”, “Polşa Hava Yolları” və Latviyanın “Air Baltik” şirkətləri imtina etmişdir.
E.Tanaşyan vurğulamışdır ki, göstərilən şirkətlərin fəaliyyəti Ermənistanda hava daşımaları sektorunda qiymət müxtəlifliyini təmin edirdi. “Air Baltik” reysləri hesabına Qərbi Avropaya reyslər daha sərfəli idi. “Britaniya Hava Yolları” şirkəti amerikalı turistlərə elə də ucuz olmayan, lakin komfortlu xidmətlər təqdim edirdi.
Ermənistanda turizmin özəl sektoru “Polşa Hava Yolları”na çox böyük ümidlər bağlayırdı. Çünki bu ölkədə həyat səviyyəsi, böhrana baxmayaraq daha da artmışdır və xarici turist səfərləri fəallaşmışdır. Polşa turizm şirkətləri Ermənistanla münasibətlərdə maraqlı idilər və artıq ən böyük Polşa sərgisində Ermənistanın iştirakı ilə əlaqədar danışıqlar aparılırdı. Reyslərin ləğvindən sonra bütün bu layihələr dondurulmuşdur.
Tanaşyanın bildirdiyinə görə, uçuşların ləğvinə səbəb “Zvartnos” hava limanında yüksək qiymətlər və hava sahəsinin qapalılığı olmuşdur.
Hazırda Qərbi Avropaya aviabiletlərin qiyməti ötən ilə nisbətən 20-25 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]
Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir
- 18.09.2026 [13:55]