Bilal Dündar: AzTV əməkdaşlarının üzləşdiyi hal dünya mətbuatını narahat etməlidir
Bakı, 29 iyun, AZƏRTAC
Bu gün jurnalistlər dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərir. Onların bəziləri müharibə şəraitində reportajlar hazırladıqları üçün ölüm və terror təhlükəsi ilə üz-üzə gəlir. Ancaq AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına edilən hücum anlaşılan səbəb deyil.
Bunu AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev Mədəniyyət mərkəzinin rəhbəri, jurnalist Bilal Dündar deyib. O qeyd edib ki, jurnalistlərə qarşı təzyiq yolverilməzdir. Əgər bu hadisə Avropanın mərkəzində baş verirsə, köhnə qitədə demokratiya və söz azadlığının tədricən yalnız sözə çevrildiyi fikrini söyləmə əsas verir.
Bilal Dündar əlavə edib ki, hadisə barədə Fransa hökuməti və hüquq-mühafizə orqanları ölçü götürməlidir. Əks təqdirdə bənzər hadisələr təkrarlana bilər. Bu hal tək azərbaycanlı jurnalistləri deyil, dünya mətbuatını narahat etməlidir. Bu cür antidemokratik hadisəni törədənlər tezliklə müəyyən edilib cəzalandırılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:44]