Biləsuvarda atasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kənd sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Biləsuvar Rayon Prokurorluğundan bildirilib.
İlkin araşdırma zamanı Oqtay İbrahimovun yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, saxlanılıb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]
Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
- 30.09.2026 [11:12]
BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib
- 30.09.2026 [11:06]
DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub
- 30.09.2026 [11:04]