BİLƏV KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimi Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Əliyev açmış, kənd ağsaqqalı Mirzə Rzayev, məktəbin müəllimi Şəms Seyidova, məktəblilər çıxış edərək təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov yeni dərs ilinin başlanması və Biləv kəndindəki yeni məktəb binasının istifadəyə verilməsi münasibəti ilə bu təhsil ocağının müəllim və şagird kollektivini, MR-in təhsil işçilərini təbrik etmişdir.
Sonra Vasif Talıbov və Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev yeni məktəb binasının açılışını bildirən lenti kəsmişlər.
Yeni ikimərtəbəli məktəbdə 200-dən çox şagirdin təhsil alması üçün lazımi şərait vardır.
Təhsil ocağında yaradılmış zəngin kitabxana fondu latın qrafikası ilə çap edilmiş 1000 ədəd dərslik, 1045 ədəd bədii ədəbiyyatla təmin olunmuşdur. Məktəbdə 7 müasir kompyuterdən ibarət kompyuter otağı və geniş idman zalı fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]