Binəqədi rayonunda oğurluq edən 2 şəxs saxlanılıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3 min manat dəyərində məişət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı F.Muradov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində daha bir oğurluq hadisəsi də qeydə alınıb. Paytaxt sakini olan bir nəfərə məxsus pulqabından 1100 manat maddi vəsaiti oğurlamaqda şübhəli bilinən 48 yaşlı İ.Dobutkina saxlanılıb.
Araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:36]
AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər
- 02.10.2026 [17:28]
“Azərbaycan hərb tarixi” dərsliyi çapdan çıxıb
- 02.10.2026 [16:52]
Tələbələr arasında antinarkotik təbliğatı gücləndirilir
- 02.10.2026 [16:33]