Binəqədi rayonunun kitabxanalarında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş sərgilər keçiriləcəkdir
Bakı, 16 yanvar (AZƏRTAC). Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş sərgilər keçiriləcəkdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 19-da Binəqədi rayon MKS-nin mərkəzi kitabxanasında “20 Yanvar - xalqımızın azadlıq mübarizəsinin zirvəsidir” mövzusunda sərgi və söhbət, 1 və 6 nömrəli filiallarında müvafiq olaraq “Qanlı Yanvar”, “20 Yanvar faciəsini unutmayaq” mövzularında sərgilər, 4 nömrəli filialında isə “Qanlı 20 Yanvar” adlı biblioqrafik icmal və sərgi təşkil ediləcəkdir.
Yanvarın 20-də kitabxananın 3 nömrəli filialında “Qanlı Yanvar gecəsi” mövzusunda sərgi keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]