BİR ÇOX MƏSƏLƏLƏRDƏ RUSİYANIN VƏ TÜRKİYƏNİN MÖVQELƏRİ UYĞUN GƏLİR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin terrorizmlə birgə mübarizə məsələlərində Rusiyanın və Türkiyənin mövqelərinin uyğun gəldiyini bildirmişdir.
O, Türkiyə Prezidenti Əhməd Necdət Sezərlə danışıqlardan sonra mətbuat konfransında demişdir: “Biz bilirik ki, Türkiyə də dəfələrlə terrorçuların basqınlarına məruz qalmışdır. Biz terrorizmlə mübarizədə Rusiyaya mənəvi və siyasi dəstəyə görə Türkiyə rəhbərliyinə təşəkkür edirik”.
Rusiya dövlətinin başçısı aktual beynəlxalq və regional problemlərdə onun ölkəsi ilə Türkiyənin mövqelərinin yaxın olduğunu vurğulamışdır. V.Putin bildirmişdir: “Bu, İraqda, Əfqanıstan və Cənubi Qafqazda vəziyyətə, Yaxın Şərqdə vəziyyətin nizama salınmasına da aiddir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]