BİR SIRA SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ EKOLOJİ NORMALARIN POZULMASI FAKTLARI AŞKAR OLUNMUŞDUR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, nazirliyin 4-cü ərazi departamentinin əməkdaşları Xırdalan qəsəbəsindəki “Azbentonit”, “Nurlan İnşaat LTD”, “Azərpak” müəssisələrində reydlər keçirmişlər. “Azbentonit” Açıq Səhmdar Cəmiyyəti 880 min manat məbləğində cərimələnmiş, təbiətə vurulan zərərin aradan qaldırılması üçün məcburi cəza tətbiq eilmişdir. “Nurlan LTD” firmasının daşyonma emalatxanasında təbiəti mühafizə siyasəti normaları pozulduğuna görə, müəssisənin rəhbərinə 275 min manat məbləğində zərərin ödənilməsi üçün məcburi cərimə tətbiq olunmuşdur. “Azərpak” ASC-nin direktoru da bu məbləğdə cərimələnmiş, cərimə ödənilikdən sonra isə vurulmuş ziyanın nəticələrini aradan qaldırmaq üçün məcburi cəza tətbiq edilmişdir.
Bundan əlavə, departamentin əməkdaşları Sumqayıt şəhərindəki yaşayış massivlərində ağacların və kolların kəsilməsi, sahildən qanunsuz qum daşınması faktlarını aşkar etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]