BİRGƏ LAYİHƏ ƏSASINDA TAMAŞA HAZIRLANIR
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) “Azərsun” Holdinq şirkətlər qrupu ilə birgə layihə həyata keçirir.
ADGTT-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, layihə çərçivəsində teatrda türk dramaturqu Bəhri Fatehin “Düzü düz, əyrini əyri və yaxud məsuliyyət dərsi” pyesi əsasında rejissor, əməkdar artist Loğman Kərimovun quruluşunda eyni adlı tamaşanın məşqlərinə başlanılmışdır.
Yeni səhnə əsərində əsas rollarda xalq artisti Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Rahib Əliyev, aktyorlardan Atabala Səfərov, Ələsgər Qurbanəliyev, Bəxtiyar Kərimov, Mehriban Hüseynova və başqaları məşq edirlər.
Tamaşanın bədii rəhbəri Bəhram Osmanov, tərtibatçı rəssamı İnşallah Hüseynovdur.
Tamaşanın oktyabrın ikinci yarısında təhvil verilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]