BİŞKEKDƏ “SİVİLİZASİYALARIN DİALOQU VƏ XALQLARIN BİRGƏ YAŞAMAQ HÜQUQU” ADLI BEYNƏLXALQ FORUM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Avrasiya Dialoqu” Platforması və Qırğızıstan Mədəniyyət Nazirliyi Bişkekdə “Sivilizasiyaların dialoqu və xalqların birgə yaşamaq hüququ” adlı beynəlxalq forum keçirmişlər. Tədbirdə Avrasiya Dialoqunun üzvü olan 12 ölkənin və müşahidəçi dövlətlərin nümayəndələri, alimlər, siyasətçilər, deputatlar, din xadimləri və jurnalistlər iştirak etmişlər.
Qırğızıstanın dövlət katibi Adaxan Madumarov Prezident Kurmanbek Bakiyevin forum iştirakçılarına təbrikini oxumuş, onlara uğurlar arzulamışdır.
Forumda çıxış edən tanınmış qırğız yazıçısı Çingiz Aytmatov və Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin Avrasiya xalqları arasında dialoqun davam etdirilməsi, Avrasiya məkanında münaqişələrin həlli məsələlərinə toxunmuşlar.
Tədbirdə bu məsələləri əhatə edən 12 məruzə dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- 13.10.2026 [14:02]