“Biz onlara təbəssüm bəxş etmək istəyirik, bəs Siz?” adlı xeyriyyə satış-sərgisi keçiriləcəkdir
Bakı, 18 may (AZƏRTAC). “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyi “Pətək” yeni nəslin mənəvi tərbiyəsi İctimai Birliyi ilə birlikdə “Biz onlara təbəssüm bəxş etmək istəyirik, bəs Siz?” adlı xeyriyyə satış-sərgisi keçirəcəkdir.
“Pətək” yeni nəslin mənəvi tərbiyəsi İctimai Birliyindən AZƏRTAC-a bildirmişlər ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirin keçirilməsində məqsəd böyüməkdə olan nəslə öz əl işlərinin satışından əldə olunan vəsait hesabına valideyn himayəsindən məhrum olmuş yaşıdlarına kömək etməkdir. Eyni zamanda, ehtiyacı olanlara qayğı, mərhəmət duyğuları aşılamaq, 8 aztəminatlı ailədən olan 14 yetim uşağa maddi yardım göstərmək, nəticə etibarilə ölkəmizdə xeyriyyəçilik ənənələrinin canlanmasına xidmət etmək də tədbirin əsas məqsədidir.
Xeyriyyə satış-sərgisində psixoloqlar, təhsil işçiləri, icra hakimiyyəti və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]