Blinken və Vanq Yi Münxendə Tayvan və Yaxın Şərqi müzakirə ediblər
Bakı, 17 fevral, AZƏRTAC
ABŞ Dövlət katibi Antoni Blinken və Çinin xarici işlər naziri Vanq Yi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ölkələr arasında dialoqun vacibliyini, Tayvan məsələsini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
Bəyanatda deyilir: “Dövlət katibi Tayvan boğazı boyunca və Cənubi Çin dənizində sülh və sabitliyin qorunmasının vacibliyini vurğuladı”.
Blinken və Vanq Yi, həmçinin bir sıra strateji məsələlərdə ABŞ və Çin arasında açıq kommunikasiya xətlərinin saxlanmasının vacibliyini qeyd ediblər.
"Tərəflər Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi də aparıblar. Dövlət katibi Yaxın Şərqə son səfərindən və ABŞ-ın bölgədəki diplomatik səylərindən danışıb", - deyə məlumatda bildirilib.
Bundan əlavə, Blinken və Vanq Yi Koreya yarımadasındakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]