BMT-nin Baş katibi Antonio Quterreş Livana səfər edib
Bakı, 13 mart, AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş Livan xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədilə Beyruta səfər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT rəhbərinin saytında dərc olunmuş bəyanatda deyilir. “Mən Livan xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Beyruta səfər etdim. Onlar müharibəni seçməyiblər; buna cəlb olunublar. BMT Livanın və regionun dinc gələcəyə nail olması üçün əlindən gələni edəcək”, - deyə Antonio Quterreş bildirib.
Qeyd edək ki, martın 2-si gecə saatlarında Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatı İsrailin şimalını atəşə tutub. Onlar İsrail ərazisinə atılan raketlərin İranın Ali dini lideri Əli Xameneinin qətlinin qisası olduğunu deyiblər. İsrail Hərbi Hava Qüvvələri buna cavab olaraq Livan ərazisinə zərbələr endirməyə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]