BMT-nin Baş katibi Rusiyanı Navalnının ölümü ilə bağlı şəffaf araşdırma aparmağa çağırıb
Bakı, 17 fevral, AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanı Aleksey Navalnının ölümü ilə bağlı tam və şəffaf təhqiqatın aparılmasına çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə dünya təşkilatı rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə deyib.
“Baş katib müxalifət lideri Aleksey Navalnının həbsdə ölməsi ilə bağlı xəbərlərdən şoka düşüb. Quterreş Navalnının ailəsinə başsağlığı verir və onun ölüm şəraitinin tam, etibarlı və şəffaf araşdırılmasına çağırır", - deyə S.Düjarrik bildirib.
Qeyd edək ki, Rusiyanın Yamal-Nenets Muxtar Vilayətinin Penitensiar Xidməti bu gün Navalnının cəzaçəkmə müəssisəsində öldüyü barədə məlumat yayıb. Məlumata görə, Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Təcili tibbi yardım briqadası reanimasiya tədbirləri həyata keçirsə də, bu, müsbət nəticə verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]