Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə həsr olunan tədbir keçirilib

Bakı, 29 may, AZƏRTAC

BMT-nin Uşaq Hüquqları Komitəsinin 92-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası Hökumətinin BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiyası”na dair təqdim etdiyi beşinci və altıncı birgə dövri məruzəsi üzrə qəbul olunmuş Yekun Müşahidələrdə Konvensiyanın ölkəmiz tərəfindən implementasiyası istiqamətində atılmalı olan növbəti addımlara dair verilmiş tövsiyələrin 2024-cü il ərzində icra vəziyyətinin təhlili məqsədilə İşçi qrupun cari il üçün ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan dəyirmi masada aidiyyəti dövlət qurumlarını təmsil edən nümayəndələr tövsiyələr üzrə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva komitənin tövsiyələrinin ölkəmiz tərəfindən icrasına dair həyata keçirilən tədbirləri, əldə olunan nəticələri və qarşıdakı hədəfləri diqqətə çatdırıb. O bildirib ki, ölkənin gələcəyinin uğurlu olması üçün uşaqların sağlam böyüməsi, keyfiyyətli təhsil alması və dəyərlərə sadiq, vətənpərvər və milli ruhda tərbiyə olunması vacibdir. Əgər biz gələcəyimizi güclü görmək istəyiriksə, bu gün uşaqlarımıza maksimum diqqət göstərməliyik. Bu istiqamətdə isə İşçi qrupun önəmli rolunu nəzərə alaraq, daha real və funksional koordinasiyaya ehtiyac var.

Çıxışında son iki ildə əldə olunan nailiyyətlərə toxunan sədr müavini bildirib ki, hüquqi bazanın təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılıb: “Komitə tərəfindən hazırlanmış 10-a yaxın sənəd qəbul olunub. Təhsil və səhiyyə sahəsində inklüzivliyin gücləndirilməsi, erkən və qohumlararası nikahların qarşısının alınması, həssas qrupdan olan uşaqların sosial təminatının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib”.

Uşaq hüquqları sahəsində qarşıda duran ən vacib məsələlərdən birinin təhlükəli informasiyalardan qorunma olduğunu vurğulayan sədr müavini bildirib ki, bu istiqamətdə təxirəsalınmaz və vacib addımlar atılmalıdır.

Sonda Aynur Sofiyeva deyib ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün əməkdaşlıq və koordinasiyalı fəaliyyət əsas şərtdir. Bu sahədə fəaliyyət göstərən qurumlar və tərəfdaşlarla güclərimizi birləşdirmək daha effektiv və davamlı nəticələr əldə etməyə imkan yarada bilər. Hüquqları yalnız qanunlarda deyil, həm də ictimai şüurda formalaşdırmaq lazımdır.

Daha sonra Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva tərəfindən tövsiyələrin icrası istiqamətində Dövlət Komitəsi, eləcə də, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib, habelə qarşıda duran mühüm məqamlar şərh edilib.

Bildirilib ki, BMT-nin "Uşaq Hüquqları Konvensiyası"na dair 2027-ci ildə təqdim olunacaq növbəti hesabatın hazırlanmasında illik fəaliyyətlər, eləcə də əvvəlki dövrlərlə müqayisə edilə bilən uzunmüddətli göstəricilər diqqətlə nəzərə alınmalıdır. Məlumatlar dəqiq və konkret faktlara əsaslanmalı, real vəziyyəti əks etdirməlidir.

Sonra Dövlət Komitəsinin təşəbbüsü ilə “Uşaqlara uyğun büdcə qiymətləndirmələri və təkmilləşdirilmiş büdcə effektivliyi daxil olmaqla Dövlət uşaq büdcəsinin formalaşdırılması” mövzusunda aparılmış təhlilin təqdimatı keçirilib.

Digər çıxışçılar uşaqların rifahının artırılmasına, təhsil, səhiyyə və sosial xidmətlərin təkmilləşdirilməsinə yönəlmiş strategiya və qərar qəbulu üçün əsas rol oynayan büdcə resurslarının bölgüsü, prioritet sahələr, sosial müdafiə proqramları və investisiya istiqamətləri barədə ətraflı məlumat veriblər.

Tədbir müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib