Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMU-da “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib

Xırdalan, 7 dekabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin büstünün açılış mərasimi və Ulu Öndərin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransdan öncə universitetin kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılaraq məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra universitetin inzibati binasında Ümummilli Liderin büstünün təntənəli açılış mərasimi olub. Elm və təhsil naziri Emin Əmrullayev, BMU-nun rektoru Yaqub Piriyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rəsmilər, deputatlar, ali təhsil müəssisələrinin rəhbərləri büstün qarşısına əklil və gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Büstün müəllifi, tanınmış heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycanın Xalq rəssamı, professor Natiq Əliyev dəyərli sənət əsəri ilə bağlı məlumat verib və ürək sözlərini çatdırıb.

Sonra “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqlik sükutla yad ediblər. Heydər Əliyevin mənalı ömür yolu, zəngin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən rektor Yaqub Piriyev BMU-da Ulu Öndərin büstünün qoyulmasının böyük qürur, şərəf olduğunu vurğulayaraq, bütövlükdə bu dəyərli sənət əsərinin ərsəyə gəlməsində əməyi keçən hər bir şəxsə, xüsusən professor, Xalq rəssamı Natiq Əliyevə dərin minnətdarlığını bildirib.

Rektor çıxışında müdrik dövlət xadimi Heydər Əliyevin atdığı hər bir siyasi addımın arxasında, gördüyü hər bir işin əsasında güclü və müstəqil Azərbaycanın qurulması, dövlətçiliyin sarsılmazlığı və dünya dövlətləri içərisində özünə layiqli yer tutması prinsipinin dayandığını vurğulayıb. Bildirib ki, Ulu Öndər məhz belə dönməz prinsipləri, misilsiz tarixi xidmətləri ilə öz adını dünyada dövlət quran ən dəyərli dahi şəxsiyyətlərin cərgəsinə daxil edə bilib və siyasi rəhbərlikdən Ümummilli Lider səviyyəsinə yüksəlib. Dahi şəxsiyyətin ölkəmizin tərəqqisinin təmin edilməsi, gələcək inkişaf üçün güclü təməl yaratması istiqamətində gördüyü işləri diqqətə çatdıran rektor Ulu Öndərin azərbaycanlı gənclərin gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnmələrindən ötrü keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərilməsi kimi vacib təhsil ənənəsinin əsasını qoymasını xüsusi qeyd edib. Rektor Heydər Əliyevin təhsil siyasətində ali məktəblərin fəaliyyətinin daha da yaxşılaşdırılmasının, maddi-texniki bazasının möhkəmləndirilməsinin xüsusi yer tutduğunu söyləyib.

Yaqub Piriyev Ulu Öndər tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsinin davamı olaraq, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən dövlət proqramlarından da bəhs edib. Hazırda ali təhsilin və insan kapitalının inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini deyən rektor ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində atılan addımları sadalayıb. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun elm, təhsil və gənclər siyasətinin inkişafına, milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin qorunub saxlanılması və təbliğinə verdiyi böyük töhfələri vurğulayıb.

Çıxışının sonunda rektor insan kapitalının, güclü vətənpərvərlik hisslərinə malik gənc nəslin formalaşdırılmasının, intellektual potensialın milli maraqların həyata keçirilməsi istiqamətində səfərbər edilməsinin, peşəkar ordu quruculuğunun Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsinə, Qarabağın azadlığa qovuşmasına gətirib çıxardığını deyib. “Cənab İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq. Ulu Öndərin gücü, müdrikliyi, siyasəti, bütövlükdə Heydər Əliyev amili Azərbaycanı əbədi qoruyacaq! Nə qədər ki, müstəqil Azərbaycan mövcuddur, bu dövlətin qurucusu və memarı tariximizdə daim yaşayacaq və əsl vətəndaş, böyük şəxsiyyət, qüdrətli milli lider örnəyi kimi xatırlanacaq”, - deyə Yaqub Piriyev bildirib.

Elm və təhsil naziri Emin Əmrullayev Ulu Öndərin ruhuna dərin ehtiramın rəmzi olaraq, BMU-da Heydər Əliyevin büstünün açılışını yüksək dəyərləndirib, bu addımın universitetdə çalışanlar üçün böyük məna kəsb etdiyini vurğulayıb və büstün açılışında əməyi olan şəxslərə təşəkkürünü bildirib.

Konfransın aktual mövzuya həsr olunduğunu deyən nazir bütün sahələrdə olduğu kimi, təhsildə də Heydər Əliyev strategiyalarının uğurla həyata keçirildiyini, Ulu Öndərin təhsilin inkişafı istiqamətində misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Ümummilli Liderin elm və təhsil siyasəti konsepsiyası əsasında islahatların uğurla davam etdirildiyini söyləyən nazir, Prezident İlham Əliyevin rəhbərliyi ilə ali təhsil müəssisələrinin sayının 50-yə, təhsilalanların sayının təxminən 2 dəfədən çox artaraq 120 mindən 220 minə, ali təhsil müəssisələrinə qəbul olanların sayının isə 25 mindən 55 minə çatdığını söyləyib.

Davam edən islahatların tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncamını xüsusi vurğulayan Emin Əmrullayev, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında qurulacaq yeni təhsil müəssisəsinin regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədlərinə xidmət etdiyini bildirib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin təhsildə yeni mərhələnin başlanğıcı olduğunu söyləyən nazir, azad olunmuş torpaqlarda istifadəyə verilən məktəblər və nəzərdə tutulan işlər barədə məlumat verib.

Nazir çıxışında tarixi yol keçən Azərbaycan təhsilinin gələcək inkişafı ilə bağlı fikirlərini paylaşıb, hazırda daha çox insana ali təhsil almaq üçün şərait yaradıldığını qeyd edib. Emin Əmrullayev ali təhsildən kənarda qalan, cəmiyyətimizin bir hissəsi olan insanlarımızı da düşünməyin vacibliyini önə çəkib, bununla bağlı qarşıda duran vəzifələrə toxunub. Müvafiq statistik məlumatları da nəzərə çatdıran nazir çıxışında təhsil müəssisələrinin transformasiyası, təhsildə kəmiyyət və keyfiyyət göstəriciləri arasında fərqlər, fundamental elmlərin tədrisi, elm və alim anlayışlarının təhsilalanlara düzgün təlqini, məzunların işlə təminatı və s. kimi vacib məsələlərə diqqət çəkib.

Emin Əmrullayev çıxışının sonunda yüksək intellektə malik vətənpərvər gənclərin formalaşmasının bundan sonra da təhsilin əsas məqsədlərindən biri kimi daim diqqətdə saxlanılacağını, Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsinin təmin ediləcəyini diqqətə çatdırıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bu gün təhsil sahəsində görülən irimiqyaslı işlərin və aparılan islahatların təməlinin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu, Heydər Əliyevin elm və təhsilə böyük dəstəyinin hazırda da davam etdirildiyini deyib. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə qayğısını xatırladan icra hakimiyyətinin başçısı ölkədə hər il təhsil və tədris ocaqlarının inşa olunmasına, təhsilin maddi-texniki bazası və infrastrukturunun yenilənməsinə diqqətin artırıldığını vurğulayıb, Abşeron rayonunda bu istiqamətdə görülən işləri sadalayıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Ulu Öndərin bütün sahələr kimi, təhsil sahəsində də danılmaz xidmətlərini diqqətə çatdırıb. Müasir Azərbaycan təhsilinin inkişaf meyilləri ilə bağlı fikirlərini də paylaşan millət vəkili çıxışında ölkədə həyata keçirilən təhsil islahatları, təhsilin tədrisi və təşkili, kadr hazırlığı, təhsillə istehsalatın əlaqələndirilməsi kimi məsələlərə toxunub.

Universitet tələbələri adından çıxış edən BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinın sədri Ləman Şərifova isə gənclərin Ümummilli Liderin ideyalarına hər zaman sadiq qalacaqlarını, eyni zamanda, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcəklərini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

Yaponiyada yağışlarla əlaqədar 740 mindən çox sakinə təxliyə olunmaları tövsiyə edilib