BMU məzunu yüksək təqaüdlə ABŞ universitetinə birbaşa doktoranturaya qəbul olub
Xırdalan, 29 iyul, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin kimya mühəndisliyi ixtisasının builki məzunu Turqut Əfəndi bakalavr səviyyəsindən ABŞ-ın Luiziana Dövlət Universitetinə birbaşa doktoranturaya qəbul olub. Nüfuzlu ali təhsil ocağında kimya mühəndisliyi ixtisası üzrə təhsilini davam etdirəcək BMU məzununun qazandığı təqaüdün məbləği isə 420 000 ABŞ dolları məbləğindədir.
Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib.
BMU-da təhsil aldığı illərdə (2020-2024) ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan, dərsə intizamı, sosial-ictimai fəallığı ilə seçilən Turqut Əfəndi, eyni zamanda, elmi tədqiqatlara dərin maraq göstərib, səthi aktiv maddələr haqqında araşdırmalar apararaq iki elmi məqaləsini beynəlxalq jurnallara təqdim edib. O, həmçinin “Breyn-rinq”, “Xəmsə”, “Əlaçı” kimi bir çox intellektual verilişlərin qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]