Boksçumuz Avropa birinciliyində erməni rəqibinə qalib gələrək ən azı bürünc medalı təmin edib
Bakı, 30 sentyabr, AZƏRTAC
İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin heyətində yarımfinala gedən yolda ilk olaraq rinqə Nərmin Əlizadə (48 kq) çıxıb. Boksçumuz Mahur Marikyanla (Ermənistan) döyüşüb və hər 3 raundda rəqibindən üstün olub. O, yekunda 5:0 hesabı ilə qalib gələrək rəqibini mübarizədən kənarlaşdırıb.
Nərmin yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, 1/2 final döyüşünə oktyabrın 2-də çıxacaq. Boksçumuzun rəqibi polşalı Silva Formela olacaq.
Qeyd edək ki, Avropa çempionatında 1/4 final döyüşləri sabah başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]