Bolqarıstan mətbuatı Üçüncü Bakı Beynəlxalq Humanitar Forumundan yazmışdır
Bakı, 5 noyabr (AZƏRTAC). Bolqarıstanın nüfuzlu “24 Çasa” (24 Saat) qəzetinin 3 noyabr tarixli nömrəsində “Bakıda Forum - fərqliliklərə hörmət” adlı məqalə dərc olunmuşdur.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, məqalədə III Bakı Beynəlxalq Humanitar Forumunda qəbul olunmuş Bəyannamədən bəhs edilmişdir. Bəyannamədə əks olunmuş bir fikir xüsusi qeyd edilmişdir: “Postmodern dövrdə milli özünüdərkin hər hansı təzahürünə qayğı və ehtiramla yanaşma, qarşılıqlı anlaşma və inam şəraitində dözümlülük, əməkdaşlıq və dialoq sülhün və təhlükəsizliyin ən yaxşı təminatçısıdır. Müxtəlif ölkələrin cəmiyyətdə konsensus əldə olunmasına yönəldilən dövlət siyasətinin əsas tərkib hissəsi kimi qazanılmış təcrübəni öyrənmək lazımdır”.
Məqalənin müəllifi Forumda 70-dən çox ölkədən rəsmi şəxslərin, sabiq prezidentlərin, tanınmış ictimai-siyasi, elm, mədəniyyət xadimlərinin, Nobel mükafatı laureatlarının iştirak etdiklərini bildirmişdir.
Müəllif, həmçinin BMT-nin baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətində tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlıq bildirməsini, siyasətçilərin, alimlərin, ekspertlərin, ictimai xadimlərin birgə iştirakı ilə dünyanın qlobal problemlərinin müzakirəsinin vacibliyini vurğulamasını qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]