Bolqarıstanda parlament sədrini seçmək mümkün olmayıb
Bakı, 13 noyabr, AZƏRTAC
Bolqarıstan Milli Məclisinin (birpalatalı parlament) deputatları ilk sessiyada parlamentin sədrini seçə bilməyiblər.
AZƏRTAC Bolqarıstan mediasına istinadla xəbər verir ki, səsvermə noyabrın 15-də davam etdiriləcək.
Məlumata görə, namizədlərin siyahısına beş siyasi birliyin nümayəndəsi daxil edilib. Lakin iki gün davam edən ilk iclasda parlamentin sədrini seçmək mümkün olmayıb. Onlardan heç biri 240 yerlik parlament üzvlərinin əksəriyyətinin dəstəyini qazana bilməyib.
Əlavə danışıqlardan sonra parlamentin müvəqqəti sədri Silvi Kirilov iclasın noyabrın 15-də davam edəcəyini açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]