Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bolqarıstanın “Kanal 3” televiziya kanalında Ermənistanın təxribatı barədə məlumat verilib VİDEO ​

Bolqarıstanın “Kanal 3” televiziya kanalında Ermənistanın təxribatı barədə məlumat verilib VİDEO ​

Sofiya, 21 iyul, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın aparıcı televiziya kanallarından olan “Kanal 3”də yayımlanan “Lyubo Oqnyanov ilə hücum” verilişinə müsahibə verib. Müsahibədə N.Qurbanova cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi, həmçinin iyulun 12-13-də Ermənistan silahlı qüvvələri bölmələrinin Şahbuz və Culfa rayonları istiqamətində müdafiə mövqelərimizi atəşə tutması, bu zaman beş hektara qədər ərazinin yanması, təxribat nəticəsində Azərbaycan Ordusunun biri general olmaqla 12 hərbi qulluqçusunun və bir mülki şəxsin həlak olması barədə məlumat verib.

Səfir, həmçinin bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində son gərginliyin hərbi təhlili onu göstərir ki, təxribat Ermənistan tərəfindən başlanıb. Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşıb və qəflətən artilleriya qurğularından istifadə edib. Diplomat guya Azərbaycanın UAZ maşını ilə erməni mövqelərinə hücuma keçməsi ilə bağlı Ermənistan tərəfinin iddiasının ağlasığmaz olduğunu vurğulayıb. O, Azərbaycan tərəfinin belə bir istəyi olacağı təqdirdə UAZ-dan deyil, öz ordusunun arsenalında olan güclü, dağıdıcı vasitələrdən istifadə edəcəyini diqqətə çatdırıb. N.Qurbanova Ermənistanın bu təxribatı törətməkdə məqsədinin təkcə diqqəti bu ölkədə olan ağır sosial-iqtisadi vəziyyətdən və COVID-19 ilə bağlı acınacaqlı durumdan yayındırmaq deyil, eyni zamanda, sərhəddə gərginlik yaradaraq Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək olduğunu deyib.

Səfir Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhalinin və yaşayış məntəqələrinin atəşə tutulduğunu diqqətə çatdırıb. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən son hadisələrin Paşinyan rejiminin real təxribatı olduğunu qeyd edən səfir bu təxribatı sözügedən rejimin xarici düşmən obrazı yaratmaqla ölkə əhalisini və müxalifəti məşğul etmək cəhdi kimi qiymətləndirib. O, Ermənistanın ağır siyasi və iqtisadi böhranda olduğu və Paşinyan əleyhinə müxalifət koalisiyasının yarandığı bir vaxtda Ermənistan tərəfindən bu təxribatın Paşinyanın hakimiyyətdə qalma müddətinin uzadılmasına xidmət etdiyini qeyd edib.

N.Qurbanova təxribatın yatırılması və gərginliyin aradan qaldırılması məqsədilə Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Tovuz rayonları boyunca Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin yerləşdirildiyini, bunun əksinə olaraq Ermənistan tərəfindən iki ölkə arasında dövlət sərhədinin hərbiləşdirilməsini diqqətə çatdırıb. O qeyd edib ki, beynəlxalq hüququn normalarına uyğun olaraq rəsmi Bakı nəinki özünümüdafiə, eyni zamanda, öz torpaqlarını işğaldan azad etmək hüququna malikdir. Belə ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Azərbaycan ayrılmaz hissələri olan Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonu azad etmək hüququna malikdir.

Azərbaycanın diplomatik cavabının necə olacağı ilə bağlı suala cavab olaraq səfir bildirib ki, regionda gərginliyin qarşısının alınması üçün Ermənistan, ilk növbədə, işğal siyasətinə son verməli, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. N.Qurbanova Ermənistanın milli təhlükəsizlik strategiyasında təcavüzkarlıq siyasətinin elementlərinə toxunaraq sözügedən sənəddə yeni ərazilərin ələ keçirilməsi və gərginliyin artırılması cəhdlərinin açıq-aydın nümayiş olunduğuna diqqəti çəkib.

COVID-19 pandemiyası ilə mübarizə şəraitində Ermənistan tərəfinin son təxribatının onun ikiüzlü siyasətini ifşa etdiyini bildirən səfir təxribatın bu ölkənin BMT Baş katibinin qlobal atəşkəs barədə təşəbbüsünü guya dəstəklədiyi barədə bəyanatına zidd olduğunu vurğulayıb.

Səfir regionda sülh və təhlükəsizlik məsələlərində maraqlı olan bütün dövlətlərin, xüsusilə Avropa İttifaqına üzv dövlətlərin bütün səylərinin Ermənistanın işğalçı siyasətinə son qoymalı olduğunu bildirib.

Son təxribata, eləcə də regionda gərginliyə, etnik təmizləmə siyasətinin qurbanları olan 100 minlərlə insanın fundamental hüquqlarının pozulmasına görə məsuliyyətin ərazilərimizin 20 faizini işğal edən Ermənistanın üzərinə düşdüyünü vurğulayan səfir bir çox ölkələrin vəziyyətin gərginləşməsi ilə əlaqədar narahatlıqlarını ifadə etdiyini qeyd edib. O, həmçinin Azərbaycanın ərazilərinin işğal altında qalması ilə heç zaman barışmayacağını və öz ərazi bütövlüyünü bərpa etmək üçün əlindən gələni edəcəyini bildirib. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsini xatırladan səfir beynəlxalq birliyin Azərbaycana qarşı güc tətbiqini qətiyyətlə qınadığını, onun Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayon da daxil olmaqla beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü tanıdığını ifadə edib.

Diplomat münaqişənin tənzimlənməsinin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkün olacağını qeyd edib, Azərbaycan ərazilərinin hərbi işğalının problemin həlli yolu olmadığını və bu kimi təxribatların Ermənistan üçün arzuolunan nəticələrə gətirib çıxarmayacağını deyib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Bolqarıstanın “Kanal 3” televiziya kanalında Ermənistanın təxribatı barədə məlumat verilib VİDEO ​

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib