BOSNİYA VƏ HERSEQOVİNANIN RƏYASƏT HEYƏTİNİN SƏDRİ
ZATİ -ALİLƏRİ CƏNAB SÜLEYMAN TİHİÇƏ
Hörmətli cənab Sədr,
Bosniya və Herseqovinanın yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında təşəkkül tapan münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost ölkənizə əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [11:01]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 08.08.2026 [19:17]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [12:30]