BOSNİYADA “SÜLHMƏRAMLILAR” BİR MİLYON DOLLAR OĞURLAMIŞLAR
AZƏRTAC Bi-Bi-Si-yə istinadla xəbər verir ki, Sarayevoda beş qarətçi NATO sülhməramlılarının formasını geyərək, bir milyon dollardan çox pul oğurlamışdır. Bu məqsədlə “sülhməramlılar” yolda “nəzarət-buraxılış məntəqəsi” düzəltmişdilər.
Onlar bir neçə maşını saxlamışdılar. Bunlardan biri də Sarayevodan Avstriyanın əsas banklarından birinə bir milyon dollardan çox pul aparan zirehli avtomobil idi. Soyğunçular bir neçə xəbərdarlıq atəşi açmış, avtomobildəki gözətçiləri isə içəri salaraq qapıları bağlamışlar. Bundan sonra onlar pulları yığışdıraraq aradan çıxmışlar.
NATO-nun Bosniyadakı nümayəndələri təhqiqat aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]