BOTTİÇELLİNİN ÖZ KODU OLMUŞDUR
Sandro Bottiçelli 1460-ci illərin axırları - 1480-ci illərdə Mediçinin sarayında çalışmışdır. Rəssam məşhur ”Bahar” tablosunu təxminən 1482-ci ildə çəkmişdir. Professor Qvidoni belə bir ümumi rəylə razıdır ki, tablodakı gözəl bağ Lorenso Mediçinin misilsiz sarayının alleqoriyasıdır. Tabloda mərkəzi fiqur - Venera, yaxud müqəddəs Məryəmdir (ya da hər ikisi). Qalan 8 fiquru müxtəlif cür yozmaq olar: onlar ilin aylarının və ya azad incəsənətin rəmzi ola bilərlər. Florensiya hökmdarının sarayında qədim yunan və Roma tarixlərinə olan marağı nəzərə alsaq, bu personajlar antik allahlar ola bilərlər. Belə ki, sol küncdəki personajı Merkuri, sağ güncdəkini isə Zefir adlandırırlar. Elə Roma Univesitetinin professoru da təsvirin məhz mifoloji izahı ilə qətiyyən razı deyildir.
Enriko Qvidoninin fikrincə, tabloda İtaliyanın birləşməsinin alleqorik planı təsvir olunmuşdur: Venera, yaxud Məryəm ana Florensiyanı göstərir, üç gözəl Neapol, Genuya və Piza şəhərləri, kupidon isə Romadır, çünki latın sözü “Amor” (məhəbbət) əbədi şəhərin anaqramıdır.
Lorenso Mediçinin yaşadığı dövrdə gizli sazişləri bu dörd şəhərin adı ilə bağlayırdılar. Lorensonun qızı Maddalenanın Papa VIII İnnokentinin yaxın qohumu, əslində isə oğlu Françesketto ilə nikahı Roma ilə münasibətlərdə əsas rol oynayırdı.
İtaliyada siyasi sülhə nail olunması planı 1492-ci ildə Lorenso Mediçinin vəfatı ilə iflasa uğradı.